Bu yolda sürət aşağı salındı

12:09 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda görə, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.